AZ

Latviya artilleriya mərmilərinin alınması üçün Ukraynaya maddi yardım ayırıb

Latviya hökuməti Ukrayna üçün artilleriya mərmilərinin alınması ilə bağlı 10 milyon avro maddi yardım ayırmağa qərar verib.

“Poliqon” “Diena” saytına istinadən xəbər verir ki, qərarı Latviya hökumətinin qapalı iclasından sonra jurnalistlərə açıqlamasında ölkənin Baş naziri Evika Silina və müdafiə naziri Andris Spruds elan edib.

Qeyd olunub ki, ayrılan məbləğ ilə Ukrayna üçün təxminən 3 mindən çox 155 mm-lik artilleriya mərmisinin alınması gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
poliqon.az

1Mənbələr