AZ

Çevriliş cəhdi: Baxçalı Türkiyəni xilas edir - Oqtay

2016-cı il iyulun 15-dən Türkiyədə qanunun aliliyi ilə bağlı ciddi müzakirələr başlayıb. Hökumət cinayətkar dəstələrlə mübarizə üçün böyük səylər göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Həsən Oqtay çevriliş cəhdi ehtimalı ilə bağlı aparılan araşdırmalar və həbslərlə bağlı danışarkən deyib.

“Ona görə də dəstə üzvləri və onların arxasında duran siyasi birləşmələr istər-istəməz təşvişə düşür, nəticədə daxili işlər naziri Əli Yerliqayaya qarşı yalançı ritorika ilə gündəmi formalaşdırmağa çalışırlar”, - o bildirib.

Politoloq dövlət çevrilişinə hazırlıq xəbərini 2023-cü ildə “Ülkü Ocaqları” təşkilatının keçmiş rəhbərinin öldürülməsi ilə əlaqələndirib:

“Bu dəstələrin fəaliyyətini təhlil etdikdən sonra Sinan Atəşin qətli ilə bağlı paralellər aparmaq olar. Çünki o, bir çox fəaliyyətlə yanaşı, həm də 15 iyul uğursuz çevriliş cəhdindən sonra MHP-nin tərkibində qurulan FETÖ komissiyasına sədrlik edib. Hökumət “Atəş” işini açanda bu qətldə əli olan siyasətçilər ciddi panikaya düşərək Əli Yerliqayaya qarşı çıxdılar. Türkiyədə çevrilişlə bağlı bəyanatlar boşdur və birbaşa Yerliqayaya qarşı yönəlib. “Ayhan Bora Kaplan” adlı cinayətkar şəbəkə ilə əlaqə saxlayan polis əməkdaşları vasitəsilə hökumət təhdid edilib və nəticədə o, məğlub olub”.

Oqtay hökumətin növbəti addımlarını da açıqlayıb:

“MHP lideri Dövlət Baxçalı Sinan Atəşin qətlində əli olan partiya üzvlərini təslim etmək niyyətindədir. Necə ki, Baxçalı o zamanlar ən yaxın həmkarı Koray Aydının işini Ali Məhkəməyə göndərmək istəyini bildirmiş və 9 digər partiya üzvünü seksual materialları yayıldıqdan sonra partiyadan qovmuşdu. Əvvəlki seçkidə Cümhuriyyət Xalq Partiyasına dəstək verən türk millətçiləri Atəşin qətli ilə bağlı Cümhur İttifaqının sərgilədiyi mövqeyə görə hökumətə sözün əsl mənasında sarı vərəqə göstərdilər. Prezident Rəcəb Tayyib Ərdoğan bu hadisələri yaxından izləyib və Atəş cinayəti ilə bağlı məhkəmənin başlamasına yardım edib. Sinan Atəşin qətlində Cümhur İttifaqına daxil olan MHP-nin daxilində yüksək vəzifəli şəxslərin əlinin olması ehtimalı da Türkiyədə heç bir siyasi zəlzələ yaratmayacaq. Dövlət Baxçalı həm Türkiyəni, həm də partiyasını xilas edəcək. Hazırda dövlət çevrilişi etmək gücləri yoxdur, ancaq gələcəkdə daha böyük problemlər yaşanmasın deyə, dövlət qanunu pozanları, kirli planlar quranları ciddi şəkildə cəzalandıracaq. Hamı tədricən onların adlarını öyrənəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
axar.az

2Mənbələr