AZ

TƏBİB və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondunun nümayəndələri arasında görüş olub 

TƏBİB və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondunun nümayəndələri arasında görüş keçirilib.
 
Bu məlumat Aztibb.az-a TƏBİB-dən verilib.
 
Görüşdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov QİÇS, vərəm və malyariya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən mühüm tədbirlərdən danışıb, bu istiqamətdə istər yerli, istərsə də qlobal əməkdaşlıqların prosesin ümumi gedişatına böyük fayda verdiyini bildirib. O, sözügedən sahədə Fondun dəstəyinin faydalarını xüsusi qeyd edib və bununla bağlı bütün səy və təşəbbüslərin sağlam cəmiyyətin qurulmasında mühüm rol oynadığını vurğulayıb.
 
Qlobal Fondun Portfolio meneceri Olqa Avdeeva ölkəmizdə səhiyyə sistemində aparılan islahatları dəstəklədiyini bildirib, Azərbaycanın QİÇS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirib.
 
Görüşdə tərəflər arasında vərəm əleyhinə dərmanların dövlət satınalması, eləcə də icma əsaslı təşkilatların vərəm hallarının aşkarlanması prosesində fəallıqlarının artırılması üçün Əməliyyat planının hazırlanması ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
Həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları görüşün əsas müzakirə mövzusu olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
aztibb.az

1Mənbələr