AZ

Premyer Liqada VAR ləğv olunur?

İngiltərə Premyer Liqasında VAR ləğv edilə bilər.

Publika.az xəbər verir ki, çempionatda iştirak edən bir neçə klub, o cümlədən "böyük altılıq" komandaları VAR-ın saxlanmasının lehinə səs vermək niyyətindədir. Bu barədə Jurnalist Ben Yakobs məlumat yayıb.

Onun sözlərinə görə, klubların əksəriyyətinin fikri hələ də belədir ki, video baxış texnologiyası hakimlərə mübahisəli epizodları əngəlləməkdənsə, sadəcə həll etməyə kömək edir. Bir çox klub VAR sistemini təkmilləşdirməsini istəyir. Ondan imtina etmək həddindən artıq sərt tədbir hesab olunur.

Bildirilir ki, "Vulverhempton" liqa rəhbərliyinə videotəkrarların ləğvi ilə bağlı sorğu göndərib. İyunun 6-da keçiriləcək ümumi yığıncaqda klub nümayəndələri belə bir addımın lehinə və ya əleyhinə səs verəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
publika.az

1Mənbələr