AZ

Travma sağalır? - PSİXOLOQ AÇIQLADI

“Travma bizim uşaq ikən və ya yeniyetməlik dövründə özümüz də bilmədən hər hansı bir hadisə, yaşadığımız bir problem vasitəsilə düşdüyümüz haldır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Psixoloq sözlərinə belə davam edib: “Travma nə vaxt bilinir? Məsələn, eyni şeyləri təkrarən yaşayırsansa, eyni hadisəni fərqli dostlarınla yaşayırsansa və ya səndə evlilik qorxusu varsa, baxış bucağın insanlara ancaq neqativdirsə və s. bir psixoloqa gedib ilk öncə fərqindəlik qazanırsan. Yəni sən artıq fərqində olmağa başlayırsan ki, nəyi niyə edirsən.

Məsələn, bütün dostların sənə xəyanət edirsə və sən eyni yerdə özünü görürsənsə, o zaman baxmaq lazımdır ki, hansı travmadan dolayı bura gəlirsən. Elə ki fərqindəlik qazandın artıq travmanın səbəbini və niyəsini bildin. Bundan sonra bu artıq şəxsin özü ilə əlaqədardır. Yəni şəxs özü sağalmaq istəsə, bu şeydən qurtulmaq istəsə, bu döngüdən çıxmaq istəsə terapiyalarla, seanslarla bunu yavaş-yavaş həll edə bilər.

Əsas bir insanın, bir şeyin fərqində olması və o şeyi həqiqətən də həyatından çıxartmaq istəməsidir. Bəli əgər bu nöqteyi-nəzərdən baxsaq travma sağalır, sadəcə sağaltmaq istəsin”.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
sia.az

1Mənbələr