AZ

Nəzarət subyektində məkanların MÜHAFİZƏSİ

Nəzarət subyektində informasiya və digər əlaqəli aktivlərə icazəsiz fiziki giriş, zədə və müdaxilənin qarşısının alınması məqsədilə onların saxlanıldığı məkanların mühafizəsinin necə təmin edilməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Tələblər”də əksini tapıb.

Nəzarət subyektində informasiya və digər əlaqəli aktivlərə icazəsiz fiziki giriş, zədə və müdaxilənin qarşısının alınması məqsədilə onların saxlanıldığı məkanların mühafizəsi azı aşağıdakı tələblər nəzərə alınmaqla təmin edilir:

– əhatə etdiyi aktivlərlə bağlı informasiya təhlükəsizliyi tələblərinə uyğun olaraq təhlükəsizlik perimetrləri və hər bir perimetrin yerləşdiyi məkan və dayanıqlılıq tələbləri müəyyən edilir;

– təhlükəsizlik perimetrlərində işləmə üzrə müvafiq prosedurlar formalaşdırılır;

– aktuallığı təmin edilməklə giriş icazəsi olan səlahiyyətli şəxslərin siyahısı tərtib edilir;

– təhlükəsizlik perimetrlərinə yalnız icazəsi olan şəxslərin daxil olması üçün müvafiq giriş nəzarət mexanizmləri tətbiq edilir;

– icazəsiz şəxslərin daxil ola biləcəyi giriş sahələri (yükləmə və boşaltma sahələri) və digər oxşar sahələrə nəzarət edilir, habelə mümkün olduqda icazəsiz giriş hallarının qarşısının alınması üçün həmin sahələr informasiya texnologiyalarından təcrid edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
heftelik.az

1Mənbələr