AZ

“Tçkayev azsaylı avropalılardan biridir ki...”

“Zelim Tçkayev Abu-Dabidəki dünya çempionatında 81 kq çəki dərəcəsində səpələnmişlər sırasında yer alacaq azsaylı Avropa təmsilçilərindən biri olacaq”.

İdman.biz xəbər verir ki, bunu Avropa Cüdo İttifaqının (EJU) mətbuat xidməti açıqlayıb.

81 kq çəki dərəcəsindəki qüvvələr nisbətini dəyərləndirən portal Mattias Kasse (Belçika) və Tato Qiqalaşviliyə (Gürcüstan) üstünlük verə sə, Azərbaycan millisinin idmançısını da fərqləndirib: “Bir neçə həftə əvvəl Zaqrebdə qazanılan Avropa çempionu titulundan sonra gürcü superulduz da Daşkənd və Parisdəki “Böyük dəbilqə” turnirlərinin qalibi Kasse kimi Abu-Dabidəki turnirə hazırlaşır. Avropanın ən yaxşı “səkkizlik”də üçüncü təmsilçisi Zelim Tçkayevdir. O, Paris və Tokioda fəxri kürsüdə Kasseyə qoşulub”.

Qeyd edək ki, Abu-Dabidəki dünya çempionatı mayın 19-25-də keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
idman.biz

1Mənbələr