AZ

Paşinyan: “Sərhədlərin delimitasiyası üzrə protokolun imzalanması böyük uğurdur”

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə protokolun imzalanmasını böyük uğur adlandırıb.

Oxu.Az-ın Ermənistan mediasına istinadla məlumatına görə, bu barədə Paşinyan hökumətin iclasında qeyd edib.

 O bildirib ki, bu, Ermənistanın suverenliyi və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub.

“Müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir”.

Baş nazir bu prosesə görə Mqer Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.

Xatırladaq ki, mayın 15-də iki ölkənin şərti sərhədində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistandan olan həmkarı Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) - Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş protokol-təsviri razılaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
oxu.az

3Mənbələr