AZ

QHT sədri: Ermənistanın hazırladığı hər saxta xəritəyə qarşılıq olaraq iki xəritə hazırlayacağıq

“Ermənistan Respublikasının mineral xammal resursları” xəritəsinin hazırlanması heç bir siyasi motiv daşımır.

APA xəbər verir ki, bunu “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritənin ictimaiyyətə təqdim edilməsi zamanı deyib.

O bildirib ki, xəritə Azərbaycan toponimləri ilə hazırlanıb:

"Ermənistanın hazırladığı hər saxta xəritəyə qarşılıq olaraq biz iki xəritə hazırlayacağıq".

Müqabil Bayramov Ermənistanın dəstəyi ilə yaradılmış milli atlasdan xəritə təqdim edərək bildirib ki, burada yaşayış məntəqələrinin hamısı ermənilər tərəfindən təhrif edilib:

"Təxminən 260-a qədər yaşayış məntəqəsinin adı dəyişdirilib. Hələ mən dağ, dərə və çayları demirəm. Təkcə Kəlbəcərdə 80 adı dəyişdiriblər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
apa.az

1Mənbələr