AZ

"Qəzzada 200 mindən çox fələstinli ölüb" - İddia

"Qəzzada ölənlərin sayının 35 min göstərilməsi absurddur".

Bakıvaxtı.az xəbər verir ki, ABŞ prezidentliyinə keçmiş namizədlərdən olan Ralf Nader "X" sosial media hesabındakı paylaşımında Qəzzada ölənlərin sayı ilə bağlı yeni iddia irəli sürüb.

Onun sözlərinə görə, oktyabr ayından indiyə kimi Qəzzada 200 mindən çox fələstinli həlak olub. Qalanları isə xəstə və ya yaralıdır.

"Həmas öz xalqını qoruya və sığınacaqla təmin edə bilməməkdə daha da günahlandırılmamaq üçün rəqəmləri aşağı saxlayır". - deyə Nader qeyd edib.

Fələstinin rəsmi mənbələrinə görə isə 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 14 min 944-ü uşaq, 9 min 849-u qadın olmaqla, ümumilikdə 35 min 173 fələstinli həlak olub, 79 min 61 nəfər isə yaralanıb.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
bakivaxti.az

1Mənbələr