AZ

Xaçmazın icra başçısı ancaq VƏD VERİR... - BU DA FAKT!!!

Son günlər intensiv xarakter alan yağıntılı hava şəraiti səbəbindən bir çox rayonlarımızda olduğu kimi Xaçmazda da müəyyən problemlər yaranıb.

Hurriyyet.az dia-az.info-ya istinadən bildirir ki, bu barədə yerli sakinlər məlumat paylaşıblar. Aşağıdakı fotoları diqqətə çatdıran sakinlər yazır:

Xaçmazın

Xaçmazın

"Bura Xaçmazın General Əliağa Şıxlinski küçəsidir. Nəsə əlavə söz deməyə ehtiyac yoxdur.

Hər şey göz qabağındadır. Bircə onu deyim ki, 9 saylı orta məktəbə gedən şagirdlərin böyük əksəriyyəti bu kuçədən keçir.

Ümid edirik ki, aidiyyatı qurumlar tərəfindən bu küçə tez bir zamanda bərpa olunar..."

Xaçmazın

Xaçmazın

Dia-az.info bildirir ki, məsələyə münasibət bildirən yerli rəhbərliyin açıqlamasından isöə aydın olur ki, rayonun rəhbərliyi iş görmək əvəzinə yalnızca quru vəd verməyi, qeyri-müəyyən açıqlaması ilə əslində əlavə qıcıq yaratmağı üstün bilir. Həmin rəsmi açıqlamanı da təqdim edirik:

"2019-cu ildən 2023 cü ilə qədər Xaçmaz şəhərinin 100 ə yaxın küçəsində əsaslı təmir işləri həyata keçirilib asfalt örtüyü döşənmişdir. 2024 cü il üçün Xaçmaz şəhərinin 30 a yaxın küçəsində asfaltlanma işləri həyata keçiriləcəkdir. Küçələrin təmiri prosesinin ilikin sıralarında Xaçmaz şəhərinin Atatürk və Əliağa Şıxlınski küçələrinin asfaltlanması nəzərdə tutulmuşdur. Xaçmaz şəhərinin bütün küçələri mərhələli şəkildə təmir edilir, asfalt örtüyü döşənir..."

Yəni məlumdur ki, yerli RİH-in vəd etdiyi 2024-cü ilə nəzərdə tutulan işlərin yarısı əslində həll olunmalı idi. Çünki il az qala yarıya çatıb. Amma ortadakı fakt bunun əksini deyir...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
1
hurriyyet.az

10Mənbələr