AZ

Britaniyanın yeni viza tələbləri hər kəsi şoka saldı

Böyük Britaniya hökuməti immiqrasiya rəqəmlərini azaltmaq səylərinin bir hissəsi olaraq ixtisaslı işçilər üçün daha yüksək əməkhaqqı həddi tətbiq edib. 


Ednews doviz.com-a istinadən xəbər verir ki, Böyük Britaniya hökuməti daha sərt viza qaydaları tətbiq etdikdən sonra iri işəgötürənlər müqavilələrinə yenidən baxmalı olurlar. 

HSBC və Deloitte Böyük Britaniya hökumətinin ixtisaslı işçi vizası üçün maaş həddini artırmaq qərarı olduğunu bildirib. Digər böyük işəgötürən KPMG də keçən ay bəzi əcnəbi işçilərin müqavilələrini ləğv etdi.

Deloitte-in qərarı ilə bağlı danışan mənbə bildirib ki, firmanın payızda işə qəbul etdiyi məzunların təxminən 3 faizi və ya təxminən 35 nəfər viza dəyişikliyi səbəbindən təkliflərini geri götürüb.

Hökumət, qanuni miqrasiyanın rekord səviyyələrini azaltmaq səyləri çərçivəsində aprel ayından etibarən ixtisaslı işçi vizaları üçün maaş həddini 26,200 funt sterlinqdən 38,700 funt-sterlinqə, 26 yaşdan kiçik insanlar üçün isə 30,960 funt-sterlinqə qaldırmışdı.

 

Xəyal 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
ednews.net

1Mənbələr