AZ

İlıq su qan dövranını yaxşılaşdırır” – Endokrinoloq

“İlıq su maddələr mübadiləsini və qan dövranını yaxşılaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə endokrinoloq Dilyara Lebedeva teleqram kanalında danışıb.
Lebedeva izah edib ki, ilıq su öd istehsalını stimullaşdırır, durğunluğu aradan qaldırır və ümumiyyətlə mədə-bağırsaq traktının işini normallaşdırır. Bundan əlavə, səhər bir stəkan ilıq su gecə nəm itkisini kompensasiya edir. Limonlu isti su patogen mikroflora ilə mübarizə aparmağa kömək edir, dərini yaxşılaşdırır və şişkinliyi aradan qaldırır. Lakin limonlu suyu mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün əks göstəridir”.
Endokrinoloq qeyd edib ki, səhər bir stəkan ilıq su içmək qanın özlülüyünü tənzimləyir, ürəyə yükü azaldır:
“Yeməkdən 15-30 dəqiqə əvvəl ilıq su içmək tövsiyə edilir. Bu, təkcə bədənə faydalı təsir göstərməyəcək, həm də daha az qida ilə toxluq hiss etməyə kömək edəcək. Yeməkdən əvvəl bir stəkan su içmək vərdişini inkişaf etdirərək, həkimlərin tövsiyə etdiyi gündəlik su miqdarını rahatlıqla istehlak edə bilərsiniz”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
kanal.az

1Mənbələr