AZ

Davamlı aclıq hissinin səbəbləri açıqlandı

“Yeməklər arasında daimi aclıq hissi xroniki stress, müəyyən dərmanların qəbulu və pis qidalanma səbəbindən olur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə dietoloq Rob Hobson “Daily Mail”ə danışıb.
Hobson qeyd edib ki, əgər əsas yemək çox yüngül olarsa və orqanizm lazımi miqdarda qida qəbul etmirsə, aclıq hissi tez qayıdır:
“Eyni effekt qızardılmış kartof, hamburger və şirniyyatlar kimi yeməkdən sonra da olacaq. Bunlar tez həzm olunan karbohidratlardır və qanda şəkərin səviyyəsinin aşağı düşməsinə səbəb olur və bu, aclığı artıra bilər. İdeal olaraq gündəlik qida rasionunda zülallar, liflər və karbohidratlar olmalıdır, o zaman orqanizm iş üçün lazım olan elementləri alacaq və qidaya daimi ehtiyac hiss etməyəcək”.
Hobson qeyd edib ki, pəhrizdən başqa digər amillər də aclığa səbəb ola bilər:
“Ən çox rast gəlinənlər kimi yuxusuzluq, xroniki stress və antidepresanların uzun müddət istifadəsi ola bilər. Həmçinin bir çox insanlar sadəcə cansıxıcılıqdan qəlyanaltı yeməyi xoşlayırlar, zaman keçdikcə bu vərdiş halına gəlir, buna görə də insan özünü tox hiss etmir və həqiqətən ac olmasa belə yeməyə davam edir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
kanal.az

1Mənbələr