AZ

Çin lideri Ukrayna böhranının siyasi nizamlanmasını düzgün yol hesab edir

Rusiya və Çin Ukrayna böhranının siyasi nizamlanmasının düzgün yol olduğunu hesab edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Onun sözlərinə görə, Çinin bu məsələdə mövqeyi dəyişməz olaraq qalır.

Cinpin vurğulayıb ki, Çin və Rusiya iki ölkəyə daha çox fayda gətirmək və qlobal təhlükəsizlik və sabitliyə layiqli töhfələr vermək üçün birlikdə çalışacaqlar.

"Çin və Rusiya BMT-nin mərkəzi rolu ilə beynəlxalq sistemi və beynəlxalq hüquqa əsaslanan dünya nizamını müdafiə edir.
Çin Avropada sülhün və sabitliyin tezliklə bərpasına ümid edir və konstruktiv rol oynamağa davam edəcək", - deyə Çin lideri qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
apa.az

2Mənbələr