AZ

Qasperini finalda “Yuventus”a məğlubiyyətə aydınlıq gətirdi

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini komandasının İtaliya Kubokunun finalında “Yuventus”a məğlubiyyətini (0:1) şərh edib.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz tez önə keçmiş və çox yaxşı müdafiə olunan güclü rəqiblə qarşılaşdıq. Düşünürəm ki, “Atalanta” yaxşı oynadı, bizdə çoxdan təşəbbüs vardı, amma çoxlu qol vəziyyətləri yarada bilmədik. Buna baxmayaraq, yenə də vəziyyəti dəyişmək imkanlarımız oldu.

Məğlubiyyətdən razı deyilik, amma səmərəmizdən o qədər də məyus deyilik. Bu, kiçik hesablı məğlubiyyətdir. Əlbəttə ki, insanlar bizim haqqımızda danışırlar, amma bizim A Seriyasında və Avropa Liqasında nail olmaq üçün vacib hədəflərimiz var”, deyə Qasperini fikrini tamamlayıb.

Xatırladaq ki, “Yuventus” tarixində 15-ci dəfə İtaliya Kubokunu qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
arena.az

1Mənbələr