AZ

Rusiya və Çin Aya AES göndərəcəklər -FOTO

“Roskosmos”un rəhbəri Yuri Borisov bildirib ki, Rusiya Federasiyası və Çinin Ay stansiyası üçün AES göndərməzdən əvvəl onu Yer üzündə sınaqdan keçirəcəklər. Onun sözlərinə görə, AES stansiyasının Aya göndərilməsi 2036-cı ildən sonraya planlaşdırılır.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, Roskosmos-un rəhbəri əmin edib ki, Rusiya Federasiyası orbital stansiya layihəsinin həyata keçirilməsinə xarici tərəfdaşları cəlb etməyə açıqdır.

Onun sözlərinə görə, Moskva bu layihəni sırf milli istifadə üçün nəzərdə tutumur və bütün dost ölkələri bu layihədə iştirak edə bilərlər. Borisov  onu da qeyd edib ki, Rusiya Federasiyası ABŞ-la əməkdaşlıqdan da imtina etmir: “Biz qapını bağlamırıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
ikisahil.az

1Mənbələr