AZ

Prof.Dr.Göksel Aşan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin ofisini ziyarət etdi – FOTO

Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin rəhbəri Prof.Dr.Göksel Aşan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin ofisini ziyarət edib.

TÜİB sədri Hüseyin Büyükfırat ziyarət üçün öz təşəkkürünü bildirib.

Görüş zamanı Hüseyin Büyükfırat Azərbaycan və Türkiyə arasında ikitərəfli iqtisadi və maliyyə əlaqələrinin gücləndiyini vurğulayaraq, bu çərçivədə planlanan fəaliyyət istiqaməti barədə geniş məlumat verib.

Öz işini uğurla başa vuran Azərbaycan-Türkiyə İnvestisiya Forumunun ikitərəfli iqtisadi-maliyyə əlaqələrinin inkişafına əhəmiyyətli təsir göstərdiyini bildirilib.

Bununla yanaşı, enerji sektorunda əməkdaşlıq Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin təməl daşlarından birini təşkil etdiyini və Bakı-Tbilisi-Ceyhan (BTC) Neft Boru Kəməri və Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) kimi irimiqyaslı layihələr enerji resurslarının Türkiyə üzərindən Avropaya nəqlini təmin etməklə regional inkişafa töhfə verdiyi barədə danışılıb. İki ölkə arasında ticarətin şaxələndirilməsi və genişləndirilməsi üçün göstərilən səylər Azərbaycan ilə Türkiyə ticarət həcminin artmasına böyük töhfə verdiyi qeyd edilib.

Sonda Azərbaycan və Türkiyə arasında iqtisadi və maliyyə əlaqələrinin gələcəyinin kifayət qədər parlaq göründüyünü qeyd edən Prof.Dr. Göksel Aşan, iki ölkənin ümumi maraqlarını nəzərə alaraq daha da sıx əməkdaşlıq ediləcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
yenicag.az

1Mənbələr