AZ

Ərdoğan "Togg"un yeni modelini sürdü - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə istehsalı olan "TOGG"un yeni modelinə baxış keçirib.

Milli.Az haberler-ə istinadla bildirir ki, Türkiyə istehsalı olan "TOGG"un yeni, T10F modelinə minərək avtomobil barədə məlumat alan ölkə başçısı sonradan xatirə şəkli çəkdirib.

Qeyd edək ki, "TOGG"un T10F modeli gələn ilin may ayında Türkiyədə və Avropada satışa çıxarılacaq.

Xatırladaq ki, ötən ilin aprel ayında Türkiyənin ilk yerli elektromobili "Togg" İlham Əliyevə də təqdim olunub.

Xatırladaq ki, "Togg"un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi 2022-ci ilin oktyabrın 29-da keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. 2020-ci ildə təməli qoyulan zavodun inşası iki ilə tamamlanıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb. Tədbirdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Togg" elektromobilini sınaqdan keçirib. Rəcəb Tayyib Ərdoğan bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək.

Qeyd edək ki, "Togg" elektromobilləri "Pamukkale", "Anadolu", "Gemlik", "Kula", "Oltu" və "Kapadokya" olmaqla altı rəngdə istehsal olunur. Avtomobil iki modifikasiyada - 200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 kilometr-saat sürəti 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
2
milli.az

3Mənbələr