AZ

Alleqri “Yuventus”un İtaliya Kubokunda zəfərini şərh etdi

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya Kubokunun finalında “qoca sinyora”nın “Atalanta” üzərində qələbəsini (1:0) şərh edib.

Arena.az “Sport Mediaset” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Yuventus” qalib gəldi və başqa heç nə önəmli deyil. Mən oğlanlara görə çox şadam, klubu, azarkeşləri və məni sevindirdilər. Qalib gəlmək heç vaxt asan deyil, amma bu, “Yuventus”un qanında var, ona görə də gələn mövsüm Turin komandasını çalışdırmasam, geridə güclü komandanı qoyacağam. Klub tezliklə mənim gələcəyimlə bağlı qərar verəcək.

İtaliya Kubokunu qazanmaq komandanın uğurudur. Asan deyildi, böyük klubda tənqid edilirsən. Bu üç ay, uşaqların inkişafı və onların gələcəkdə “Yuventus”da edəcəkləri üçün vacibdir”, deyə Alleqri vurğulayıb.

Xatırladaq ki, “Yuventus” tarixində 15-ci dəfə İtaliya Kubokunu qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
arena.az

1Mənbələr