AZ

Putin Ukrayna böhranının həlli ilə bağlı təşəbbüslərinə görə Çinə təşəkkür edib

Moskva Ukrayna böhranının həlli üçün Pekinin irəli sürdüyü təşəbbüslərə görə Çin tərəfinə minnətdardır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiya və Çin beynəlxalq hüquqa əsaslanan ədalətli dünya nizamı yaratmaq üçün həmrəylik içində çalışırlar.

"Rusiya və Çin Avrasiya İqtisadi İttifaqı və “Bir kəmər, bir yol” təşəbbüsünün inteqrasiyası istiqamətində səylərini davam etdirmək niyyətindədir. Rusiya və Çin arasında qarşılıqlı ticarət və investisiyalar üçüncü ölkələrin mənfi təsirindən etibarlı şəkildə qorunur, banklar vasitəsilə əlaqələrin gücləndirilməsi nəzərdə tutulur", deyə Putin qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
2
apa.az

3Mənbələr