AZ

Rusiya Moldovanın müxalifət blokunun rəhbərinə pasport verdi

Moldovanın məşhur müxalif siyasətçisi və müxalifətin “Pobeda” blokunun rəhbəri İlan Şor Rusiya pasportu alıb. News365.az xəbər verir ki, o, bu barədə müsahibəsində məlumat verib.

Qeyd edək ki, aprelin sonunda Moldovanın müxalifət partiyaları Moskvada keçirilən forumda prezident seçkiləri və 2024-cü ilin payızında Moldovada Avropa İttifaqına üzv olmaq üzrə referendum ərəfəsində “Pobeda” adlı siyasi blok yaratmaq barədə razılığa gəliblər.

Blok iştirakçıları dövlət başçısı vəzifəsinə vahid namizəd irəli sürmək, Rusiya Federasiyası və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələri inkişaf etdirmək, Kişinyovun təzyiqlərinə qarşı mübarizə aparmaq niyyətindədirlər.

Moldova rəsmiləri Moskvaya səfər edən bu siyasətçiləri isə vətənə xəyanətdə şübhəli bilərək onlar evlərinə dönən kimi xeyli dindiriblər.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
news365.az

1Mənbələr