AZ

“Sülhməramlılar məsələsi bitti“- Tural İsmayılov

"Azərbaycan- Rusiya münasibətlərinin belə yüksək səviyyədə olduğu bir müddətdə Qarabağa müvəqqəti yerləşmiş Rus sülhməramlılarının vaxtından əvvəl Azərbaycanı tərk etməsi ilə bağlı iki ölkənin ali rəhbərliyi arasında razılaşma əldə edildi".

Politoloq Tural İsmayılov bunu News365.az-a açıqlamasında deyib. 

"Bu gün Azərbaycan və Rusiya arasında kifayət qədər yaxşı münasibətlər formalaşıb və Rusiya rəhbərliyində təmsil olunan şəxslərin Bakıya səfərlərində, Cənab prezident İlham Əliyevin sonuncu Rusiyaya səfərində Rusiya prezidenti Putinlə mətbuata verdiyi bəyanatlarda da münasibətlərinin indiki səviyyəsindən razılır hər iki ölkə rəhbəri tərəfindən  vurğulandı. Xüsusilə Azərbaycan- Rusiya münasibətlərinin belə yüksək səviyyədə olduğu bir müddətdə Qarabağa müvəqqəti yerləşmiş Rus sülhməramlılarının vaxtından əvvəl Azərbaycanı tərk etməsi ilə bağlı iki ölkənin ali rəhbərliyi arasında razılaşma əldə edildi. Faktiki bəlli olan bir məsələ idi ki, 2020-ci ildə Qarabağa yerləşən Rus sülhməramlıları 10 noyabr bəyanatının müdəalarına əsasən ora gəlmişdilər. Əlbəttə bu məsələdə cənab Prezident İlham Əliyevin xüsusi iradəsi var idi ki, həmin müqaviləyə rus sülhməramlılarının Qarabağa yerləşdirilməsi müvqqəti olaraq qeyd edilmişdi. Bu gün Azərbaycan öz ərazilərində antiterror əməliyyatı keçirərək separatçılığın kökünü kəsibdir və belə bir məqamda rus sülhməramlılarının artıq Azərbaycan ərazilərində qalmağı üçün heç bir zərurət yoxdur"- deyə bildirib.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
news365.az

1Mənbələr