AZ

Putin Çində dövlət səfərdədir

Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə rəsmi görüş üçün Pekindəki Xalq Evi meydanına gəlib. Məlumatı “İnterfaks.ru” verib.

Bu, Putinin Rusiya prezidenti vəzifəyə rəsmi şəkildə başlamasından sonra Çinə ilk dövlət səfərdir.

Qarşılanma mərasimi Xalq Evinin meydanında keçirilir. Bu binada Çin Kommunist Partiyasının qurultayları, böyük rəsmi tədbirlər, görüşlər və konfranslar, xarici dövlətlərin liderləri üçün qəbullar keçirilir.

Rusiya prezidentini Çin Xalq Respublikasının sədri qarşılayıb. Mərasimdə liderlər top atəşi ilə qarşılanıb, fəxri qarovul dəstəsi iştirak edib. Dövlət başçıları fəxri alayın və hərbi orkestrin keçidinə baxıblar.

Daha sonra Putin və Si Cinpin danışıqların aparılacağı Böyük Yığıncaq Salonuna gediblər.

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
xalqqazeti.az

2Mənbələr