AZ

"Xiaomi"dən yeni həmlə: Ayda 20 min avtomobil istehsal edəcək

"Xiaomi" şirkəti son qərarı ilə diqqətləri üzərinə çəkib.

Hit.az xəbər verir ki, şirkət 1 ayda 20 min avtomobil istehsal edəcək.

Tələbatın olduqca çox olması səbəbindən bu addımın atıldığı açıqlanıb. 

Xatırladaq ki, 28 dekabrda elektromobil bazarına daxil olan "Xiaomi" inanılmaz göstəricilərə imza atmağa davam edir. Onu da əlavə edək ki, şirkət daha öncə sadəcə 27 dəqiqə ərzində 50 min avtomobil satmağa nail olmuşdu. Həmçinin, sifarişlərin də 100 mini ötdüyü qeyd olunmuşdu. 

Bu səbəbdən də şirkət istehsalı artırmağa qərar verib. Qərara əsasən, artıq zavodlardakı iş rejimi 8 saatdan 16 saata qədər artırılıb. Hədəf ay ərzində 20 min avtomobil istehsal etməkdir. Verilən sifarişlərin isə 29-32 həftə ərzində təhvil veriləcəyi bildirilib. "Xiaomi" tərəfindən qarşıdakı 10 il ərzində avtomobil istehsalına 10 milyard dollar investisiya yatırım ediləcəyi də vurğulanıb.

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
6
hit.az

7Mənbələr