AZ

Si Cinpin qlobal təhlükələri sadalayıb

Birtərəfli hegemonluq, blok qarşıdurması və güc siyasəti bütün ölkələrin sülh və təhlükəsizliyinə təhdiddir, Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Rusiya prezidenti Vladimir Putinlə birgə mətbuat konfransı zamanı bildirib.

“İndiki dünyada soyuq müharibə zehniyyəti hələ də geniş yayılıb. Birtərəfli hegemonluq, blok qarşıdurması və güc siyasəti bütün ölkələrin sülh və təhlükəsizliyini birbaşa təhdid edir”, – deyə Si Cinpin bildirib.

Çin lideri “Fələstin-İsrail münaqişəsinin təcili həllinə” çağırıb. O, həmçinin qeyd edib ki, Çin və Rusiya “siyasi nizamlanmanı Ukrayna böhranının həlli üçün düzgün yol kimi qəbul edir”.

“Çinin bu məsələdə mövqeyi tutarlı və aydındır, yəni BMT Nizamnaməsinin norma və prinsiplərinə riayət etmək, bütün ölkələrin milli suverenliyi və ərazi bütövlüyünə hörmət etmək” – deyə Çin prezidenti qeyd edib.

O, “yeni, balanslaşdırılmış, effektiv və davamlı təhlükəsizlik arxitekturasının” formalaşdırılmasının zəruriliyini bəyan edib. “Çin tərəfi Avropa qitəsində sülh və sabitliyin tezliklə bərpasına ümid edir və konstruktiv rolunu davam etdirməyə hazırdır”, – Si Cinpin yekunlaşdırıb.

Rəsmi olaraq Rusiya prezidentinin dövlət səfəri mayın 16-dan 17-dək davam edəcək. Onunla birlikdə müdafiə naziri Andrey Belousov, xarici işlər naziri Sergey Lavrov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Yuri Uşakov danışıqlarda iştirak edəcək. Hər iki tərəfdən nümayəndə heyətlərinin bəzi üzvlərinin iştirakı ilə Putin və Si arasında qeyri-rəsmi şam yeməyi də planlaşdırılır.

Bu, Vladimir Putinin yeni prezidentlik müddəti başlayandan bəri ilk xaricə səfəridir. O, sonuncu dəfə Çinə 2023-cü ilin oktyabrında səfər edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
banker.az

1Mənbələr