Bakı, 16 may, AZƏRTAC
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində COP ilk dəfə bir türk dövlətində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində “Dayanıqlı gələcək komissiyası”nın Türkiyə tərəfdən sədri Doğan Başaran deyib.
COP29-un Azərbaycanda keçirilməsinin qürurverici hiss olduğunu bildirən D.Başaran qeyd edib ki, bütün türk dövlətləri bu istiqamətdə Azərbaycana dəstək göstərməlidir: “İqlim dəyişikliyi probleminin qarşısı alınmadığı təqdirdə bütün dünya üçün fəlakətlə nəticələnə bilər. COP29-da bu məsələnin həlli istiqamətində yeni yolların tapılacağına inanıram”.