AZ

ABŞ Ukraynaya yeni yardım paketini açıqlayıb - Ağ Ev

“ABŞ Ukrayna Silahlı Qüvvələrinə silah və hərbi texnikanın yeni partiyasını göndərməyə hazırlaşır”.


Missiya.Az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jean-Pierre brifinqdə deyib.


"Biz həmçinin Ukraynaya təcili ehtiyac duyulan başqa bir yardım paketi üzərində işləyirik", - deyə siyasətçi vurğulayıb.


Məlumata görə, o, yeni paketə konkret hansı silahların daxil ediləcəyini açıqlamayıb. 


Karinin sözlərinə görə, ABŞ Xarkov vilayətində ukraynalı müdafiəçilərə yardım göstərməyə çalışır.

 


Daşqın Həsənov
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
missiya.az

1Mənbələr