AZ

MBA-da ilk yarımfinalçı müəyyənləşdi

MBA-da pley-off mərhələsinin daha iki oyunu baş tutub. Bu görüşlərdən birindən sonra seriya yekunlaşıb. “Boston Seltiks” “Klivlend Kavalers”ə 4:1 qalib gəlməklə konfransın finalına yüksəlib.

113:98 hesabı ilə başa çatan 5-ci qarşılaşmada Teytum dabl-dabl edib. 25 xal, 10 ribaund edən Teytum 9 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.

Komandanın rəqibi final seriyasında “İndiana Peysers” – “Nyu-York Niks” cütlüyündə müəyyənləşəcək.

Qərb konfransında keçirilən oyunda “Dallas Maveriks” səfərdə vacib qələbə qazanıb – 104:92. Bununla da onlar “Oklahoma Siti Tanders”lə seriyada 3:2 önə keçiblər. Qələbədə əsas pay sahibi Luka Donçiçdir. Sloveniyalı basketbolçu tripl-dabl edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
futbolinfo.az

1Mənbələr