AZ

Vardanyan məhkəmə qarşısına çıxarıldı

Rusiyalı milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılması ilə bağlı təqdimata baxılır.

Teleqraf.com xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ruben Vardanyanın həbs müddətinin uzadılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin müstəntiqinin vəsatətinə baxılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsində Ruben Vardanyan barəsində cinayət işinin istintaqı davam edir.

Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Ruben Vardanyan Azərbaycan ərazisinə qeyri-qanuni gəlib, qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışıb və ötən ilin sentyabrın 27-də “Laçın” dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılıb.


Müəllif: Hacı Zeynalov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
18
teleqraf.com

10Mənbələr