AZ

Makronun fövqəladə vəziyyət qərarı: TikTok qadağan edildi, 130-dan çox adam saxlanıldı

Fransanın Yeni Kaledoniya əyalətində səsvermə qanununun dəyişdirilməsinə qarşı keçirilən etirazlarda ölənlərin sayı 4-ə yüksələrkən, Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyada 12 günlük fövqəladə vəziyyət elan edib.

Fransanın xaricdəki ərazisi olan Yeni Kaledoniyada səsvermə sisteminin dəyişdirilməsi qanun layihəsinə qarşı keçirilən nümayişlərdə ölənlərin sayı 4-ə yüksəlib. Etirazlarda 1 təhlükəsizlik işçisinin həyatını itirdiyi açıqlanıb.

Fransa prezidenti Emmanuel Makron artan zorakılıqlara qarşı fövqəladə vəziyyət elan edib.

Prezident Makron təhlükəsizlik qüvvələrinin səylərini yüksək qiymətləndirib, Yeni Kaledoniya xalqı ilə həmrəylik mesajı verib və zorakılığa son qoymaqda qərarlı olduqlarını vurğulayıb.

İHA-da yer alan xəbərə görə, Yelisey Sarayından verilən açıqlamada, Makronun Milli Təhlükəsizlik və Müdafiə Şurası ilə görüşündən sonra fövqəladə vəziyyətə qərar verildiyi bildirilib.

Fövqəladə vəziyyət 12 gün davam edəcək

Yeni Kaledoniyada fövqəladə vəziyyət yerli vaxtla saat 20:00-dan başlayaraq 12 gün davam edəcək. Fövqəladə vəziyyət rejiminə əsasən, səyahət və toplaşmaq azadlığı məhdudlaşdırılacaq. Fransanın baş naziri Qabriel Attal hökumətlərarası böhran komitəsinin iclasında sosial media tətbiqi TikTok-un qadağan ediləcəyini, ordunun liman və hava limanlarının təhlükəsizliyi üçün yerləşdiriləcəyini açıqlayıb.

Yeni Kaledoniyada son iki gündə artan zorakılıqlarda 200-dən çox iş yeri və 50-dən çox avtomobil yandırılıb, 130-dan çox adam saxlanılıb. Səlahiyyətlilər zorakılıq nəticəsində 60-dan çox mühafizəçinin yaralandığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
226
kommersant.az

1Mənbələr