AZ

FSB terror aktının qarşısını aldı

FSB Krımda dəmir yolunda Ukrayna hərbi kəşfiyyatı tərəfindən cəlb edilmiş iki Rusiya vətəndaşının hazırladığı terror aktının qarşısını alıb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Krım Respublikasının Leninski rayonunda dəmir yolu relsini partlatmağı planlaşdıran 1999-cu il təvəllüdlü Rusiya vətəndaşı və onun 2000-ci il təvəllüdlü şərikinin qanunsuz fəaliyyəti aşkar edilib. Həmin şəxs 2023-cü ilin oktyabrında internet messencer vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı tərəfindən işə götürülüb, daha sonra isə Ukrayna xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirmək üçün şərikini cəlb edib.

2024-cü ilin aprelində müttəhimlər kuratorun təqdim etdiyi koordinatlardan istifadə edərək, Krım Respublikasının Leninski rayonunun Oktyabrskoye kəndi yaxınlığındakı dəmiryol xəttinin altına yerləşdirməyə cəhd etdikləri partlayıcı qurğunu Sevastopoldakı anbardan çıxarıblar. Cinayətin törədildiyi vaxtda onlar saxlanılıb", - FSB-nin məlumatında deyilir. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
27
unikal.az

10Mənbələr