AZ

Cavid Qurbanovun oğlunun yerinə təyinat

Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinə yeni rəis müavini təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, qeyd olunan idarənin rəis müavini vəzifəsi Əhmədov Rövşən Şirindil oğluna həvalə edilib.

Qeyd edək ki, R.Əhmədovdan əvvəl sözügedən idarənin rəis müavini rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirli idi. Ş.Şəmşirli bu yaxınlarda öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Sail Ağasəlim

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
20
qafqazinfo.az

10Mənbələr