AZ

NBA: İlk yarımfinalçı “Boston Seltiks” olub

NBA:

Bakı, 16 may, AZƏRTAC

Milli Basketbol Assosiyasiyasında (NBA) yarımfinala vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.

AZƏRTAC xəbər verir ki, “Boston Seltiks” seriyanın beşinci matçında evdə “Klivlend Kavalyers"i qəbul edib. Görüş meydan sahiblərinin 113:98 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Boston təmsilçisi adını 1/2 finala yazdırıb.

Qarşılaşmanın ən məhsuldar oyunçusu məğlub komandanın heyətində 25 xalla Markus Morris olub.

Qeyd edək ki, “Boston Seltiks” yarımfinalda “İndiana” - “Nyu-York Niks” cütünün qalibi ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
azertag.az

1Mənbələr