AZ

Sahibkar 14 yaşlı qıza təcavüz etdi: Qadın salonunda...

Sahibkar 14 yaşlı qıza təcavüz etdi: Qadın salonunda...

Türkiyədə 14 yaşlı qıza cinsi təcavüz edən şəxs ilkməhkəmədə sərbəst buraxılıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 14 yaşlı qıza cinsi təcavüz etdiyi iddiası ilə həbs olunan və barəsində 48 il 3 ay həbs cəzası tələb edilən şəxs ilk iclasda sərbəst buraxılıb.

İddiaya görə, qadın salonunda təcrübə keçən 14 yaşlı qız iş yeri sahibi tərəfindən təcavüzə uğrayıb. Uşaq vəziyyəti ailəsinə bildirib. Salonun sahibi tərəfindən cinsi istismara məruz qaldığını və onun ona mesajlar göndərdiyini bildirib. Vəziyyəti polisə danışan ailə sahibkardan şikayətçi olub. Qızın ifadəsi pedaqoqun müşayiəti ilə alınıb. H.E qruplar tərəfindən tutularaq nəzarətə alındı. Həbs edilən şəxsin barəsində hazırlanan ittiham aktı 1-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib. Təqsirləndirilən sahibkar uşağa qarşı cinsi istismar, azadlıqdan məhrum etmə və uşağa qarşı cinsi qısnama ittihamı ilə 48 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Amma həbs cəzası tələb edilən şəxs ilk iclasda sərbəst buraxılıb. Qərar sosial mediada reaksiya doğurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
sonxeber.az

1Mənbələr