AZ

Mona Lizanın sirri açıldı? - Körpü, dağ silsiləsi və gölün sirri

Geoloq və İntibah dövrünün sənət tarixçisi Ann Pizzorusso dünyanın ən məşhur rəsmlərindən birinin sirrini açdığına inanır.

Kulis.az xəbər verir ki, Leonardo da Vinçinin "Mona Liza"sının arxasındakı mənzərə sonsuz müzakirələrə səbəb olub.

Bəzi sənət tarixçiləri mənzərənin xəyali, digərləri isə İtalya ilə əlaqəli olduğunu deyiblər.

"The Guardian" qəzetindəki xəbərə görə, Ann Pizzorusso Leonardonun İtaliyanın Lombardiya bölgəsindəki Komo gölünün sahilində yerləşən Leçço şəhərinin bəzi yerlərini çəkdiyini iddia edib.

Pizzorussoya görə əsərdəki körpü 14-cü əsrdə inşa edilmiş Azzone Visconti körpüsü, dağ silsiləsi əraziyə baxan cənub-qərb Alp dağları, göl isə Leonardonun 500 il əvvəl ziyarət etdiyi Qarlat gölüdür.

Oxşarlıqların danılmaz olduğunu ifadə edən Pizzorusso, “Bunun üçün çox həyəcanlıyam. Bu, həqiqətən, böyük uğurdur", - deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
kulis.az

1Mənbələr