AZ

"Mercedes Vito" sürücüləri fərqlənmə nişanı almalıdırmı?

"Mercedes Vito" markalı avtomobilin həm yük, həm də sərnişin daşımaq üçün nəzərdə tutulmuş modelləri var. Buna oxşar digər markalara aid avtomobillər də var ki, kommersiya məqsədi ilə geniş istifadə edilir. Bir neçə sürücü redaksiyamıza müraciət edərək soruşur ki, bu nəqliyyat vasitəsindən istifadəyə görə fərqlənmə nişanı və buraxılış vərəqəsi alınmalıdır?

Qanunvericiliyə görə, belə nəqliyyat vasitələrini kommersiya məqsədi ilə istifadə edən sürücülər buraxılış kartı almalıdır. Buraxılış kartı olmadan belə nəqliyyat vasitələrini istifadə etmək inzibati məsuliyyət yaradır.

Bəs bu nəqliyyat vasitəsi ilə öz şəxsi məqsədləri üçün istifadə edən sürücülər buraxılış kartı almalıdırlarmı?

Öncə qeyd edək ki, şəxsi istifadə dedikdə, həmin nəqliyyat vasitəsilə edilən hərəkətlərdən pul qazanılmaması başa düşülür. Sürücü həmin avtomobillə öz ailəsini aparırsa və ya özünə aid yükü daşıyırsa, buna görə buraxılış kartına ehtiyac yoxdur. Əgər sürücü öz şəxsi istifadəsi ilə yanaşı bəzi hallarda həmin avtomobildən kommersiya məqsədi ilə istifadə edəcəksə (yəni sərnişin və ya yük daşıyaraq pul qazanacaqsa) bu halda mütləq şəkildə buraxılış kartı almalıdır.

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
avtosfer.az

1Mənbələr