AZ

Fransadan orduya təlimat: Əsgərlər göndərilir

Fransanın Yeni Kaledoniya əyalətində səsvermə qanununun dəyişdirilməsinə qarşı keçirilən etirazlarda ölənlərin sayı 4-ə yüksələrkən, Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyada 12 günlük fövqəladə vəziyyət elan edib.

Turkustan.az xəbər verir ki, Fransanın xaricdəki Yeni Kaledoniya ərazisində səsvermə sisteminin dəyişdirilməsi qanun layihəsinə qarşı keçirilən nümayişlərdə ölənlərin sayı 4-ə çatıb.

Etirazlarda 1 təhlükəsizlik işçisinin həyatını itirdiyi açıqlanıb.

Fransa prezidenti Emmanuel Makron artan zorakılıqlara qarşı fövqəladə vəziyyət elan edib. Prezident Makron təhlükəsizlik qüvvələrinin səylərini yüksək qiymətləndirib, Yeni Kaledoniya xalqı ilə həmrəylik mesajı verib və zorakılığa son qoymaqda qərarlı olduqlarını vurğulayıb. Yelisey Sarayından verilən açıqlamada fövqəladə vəziyyətə Makronun Milli Təhlükəsizlik və Müdafiə Şurası ilə görüşündən sonra qərar verildiyi bildirilib.

Yeni Kaledoniyada fövqəladə vəziyyət yerli vaxtla saat 20:00-dan başlayaraq 12 gün davam edəcək. Fövqəladə vəziyyət rejiminə əsasən, səyahət və toplaşmaq azadlığı məhdudlaşdırılacaq.

Yeni Kaledoniyada son iki gündə artan zorakılıqlarda 200-dən çox iş yeri və 50-dən çox avtomobil yandırılıb, 130-dan çox adam saxlanılıb. Səlahiyyətlilər zorakılıq nəticəsində 60-dan çox mühafizəçinin yaralandığını bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
turkustan.az

1Mənbələr