Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 2 km/saat endirilib.
Bu barədə Korrespondent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.
"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə məlumatda vurğulanıb.