AZ

Ermənistanda sabiq deputat həbs edildi

Ermənistanda keçmiş deputat Araqats Axoyan həbs edilib.

Publika.az xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, aldatma və etibardan sui-istifadə yolu ilə özgənin əmlakının xüsusilə külli miqdarda oğurlanması ilə bağlı bir neçə fakt müəyyən edilib. İstintaqın məlumatına görə, 2010-14-cü illərdə o, mənzil və qaraj almaq üçün 6 vətəndaşdan 274 milyon 712 min dram, təmir üçün isə 6800 dollar alıb.

Bu müddətdə daha bir neçə analoji epizod üzə çıxıb, on milyonlarla dramlıq fırıldaqlar həyata keçirilib. Mayın 15-də Axoyan saxlanılıb, daha sonra həbs edilib. O, Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü hissəsi (2 epizod) və 256-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi ilə ittiham olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
3
publika.az

4Mənbələr