AZ

Aynur Sabitova fəaliyyətini burada davam etdirəcək

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsindən azad edilən Aynur Sabitova fəaliyyətini Azərbaycan Dillər Universitetində davam etdirir.

İqtisadiyyat.az Pravda.az-a istinadən xəbər verir ki, o, universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri vəzifəsini icra edir.

Kafedrada 41 əməkdaş olmaqla 3 professor, 12 dosent, 4 f.e.d., 17 f.f.d., 3 baş müəllim, 16 müəllim və 2 laborant fəaliyyət göstərir.

Qeyd: A.Sabitova 2018-ci ildən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
iqtisadiyyat.az

10Mənbələr