AZ

“Real” üçün PİS XƏBƏR: klubun yeni ulduzu ciddi zədələndi

Ötən gecə "Palmeyras" Libertadores Kubokunun qrup mərhələsində "İndependyente" ilə qarşılayıb.

90deqiqe.Az xəbər verir ki, görüşün ikinci hissəsində yayda "Real Madrid"ə keçəcək hücumçu Endrik zədələnib.

Futbolçu meydançadan xərəkdə aparılıb. Yüksəlməkdə olan ulduzun zədəsinin təfərrüatları hələlik məlum deyil. Endrikin "Kral" klubuna transferinin məbləği təxminən 45 milyon avro olacaq. Tərəflər arasında əmək müqaviləsi 2030-cu ilin ortalarına qədər davam edəcək. Forvard "Palmeyras"ın əsas heyətində 80 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, qarşılaşma Braziliya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
90deqiqe.az

1Mənbələr