AZ

İranda daşqın nəticəsində 7 nəfər ölüb

İranın Məşhəd şəhərində güclü yağışdan sonra baş verən daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 12 nəfər isə itkin düşüb.

"Cebhe.info" "İRNA"-ya istinadən xəbər verir ki, bu barədə İranın Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.

Bildirilib ki, hazırda 2 nəfərin şəhərin inqilab meydanında, bir ana və 4 uşağının isə evdə sıxışıb qalıb.

Məşhəd vilayətinin qubernatoru Muhsin Daveri də seldən zərər çəkmiş ən azı 250 ailənin şəhərin və ətraf kəndlərin daha təhlükəsiz olan müxtəlif hissələrinə köçürüldüyünü bildirib.

Məşhəddə sel nəticəsində 150 evin zərər gördüyünü deyən Daveri, sözügedən evlərin boşaldıldığını, bəzilərinin isə təmizləndiyini bildirib.

Sosial mediada paylaşılan görüntülərdə şəhərin bəzi yerlərində yolların bağlandığı, nəqliyyat vasitələrinin su altında qaldığı və bəzi vətəndaşların öz imkanları ilə nəqliyyat vasitələrini sudan çıxarmağa çalışdıqları görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
cebheinfo.az

1Mənbələr