AZ

Alleqri rekorda imza atıb

İtaliya kubokunun final oyununda Turin "Yuventus"u "Atalanta" ilə üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, Massimiliano Alleqrinin yetirmələri 1:0 hesablı minimal hesablı qələbəni bayram ediblər.

Görüşün lap əvvəlində yeganə qolu serbiyalı hücumçu Duşan Vlahoviç vurub. Bu uğur sayəsində Alleqri ölkə kuboku tarixində ən çox mükafat alan məşqçi olub.

“Yuventus”un mütəxəssisi bu turnirdə 5 mükafat qazanıb. O, hər birinin 4 qələbəsi olan Roberto Mançini və Sven-Göran Erikssonu üstələyib.

Massimilianonun Turin nəhəngi ilə müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
1
apasport.az

2Mənbələr