AZ

Usta aktyor: " Məni sevən yeganə insan.."

Hollivudun usta aktyorlarından Robert De Niro son müsahibəsində 13 aylıq qızı Giadan danışıb.

News24.az xəbər verir ki, 80 yaşlı aktyorun bir müddət birlikdə olduğu Tiffani Çendən Gia Virciniya Çen De Niro adlı körpəsi olub.

Məşhur aktyor “The View”ə müsahibə verib və yeddinci dəfə ata olmaqdan danışıb. Gianın ona necə hiss etdirdiyindən danışan Robert De Niro, "saf xoşbəxtlik" və "məni qeyd-şərtsiz sevən yeganə insan" deyib.

Robert De Niro 1 yaşlı qızı haqqında "Məni sevən tək insan Giadır. Heç bir şərt, tənqid yoxdur" deyib.


Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
news24.az

1Mənbələr