AZ

Ardanı “Real”a gəlməyə razı salmışdı -

“Real Madrid”in Luka Modriçi heyətdən göndərməyə qərar verdiyi barədə xəbərlər dərc edilmişdi. Metbuat.az xəbər verir ki, Modriç klubda qalmaq üçün məvacibini azaltmağa razılıq verib. Bildirilir ki, buna baxmayaraq, “Real” Modriçlə müqaviləni uzatmaq istəmir. “FoxSports"un məlumatına görə, “Real” Modriçin əvəzinə heyətdə Arda Gülerə şans vermək istəyir. Buna görə də, Luka Modriçin əmək haqqının azaldılmasını nəzərdə tutan müqaviləni uzatma təklifi "Real Madrid" tərəfindən rədd edilib. Məlumata görə, baş məşqçi Karlo Ançelotti onları eyni mövqedə oynatmasa da, Ardanın yarımmüdafiədə Modriçin işini görə biləcəyini hesab edir. Hətta Modriçin 10 nömrəli formasının Arda Gülerə verilməsi haqda da danışılır.

Qeyd edək ki, Ardanın “Real Madrid”ə gəlməsində Luka Modriçin də əməyi olub. Modriç Ardaya zəng edərək, onun razılıq verməsi üşün səy göstərib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
metbuat.az

1Mənbələr