AZ

ABŞ-də dəhşətli qəza: Birmotorlu təyyarə havada parçalandı - FOTO/VİDEO

ABŞ-nin Tennessi ştatında birmotorlu təyyarə ilə müəmmalı qəza baş verib. Belə ki, təyyarə havada parçalanıb.

Bu barədə yerli mediada xəbər verilib.

Bildirilir ki, “Beechcraft V35” təyyarəsi Luizianadan Kentukkiyə uçmalıymış, amma Franklin şəhəri yaxınlığında qəzaya uğrayıb.

Faciə yerindən üç nəfərin cəsədi tapılıb. Meyitlər müxtəlif yerlərdə aşkarlandığından bunun ölənlərin dəqiq sayı olmadığı ehtimalı edilib.

Aviasiya mütəxəssisləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini, həmçinin ölənlərin kimliyini araşdırırlar.

Mənbə: Daily Mail

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
oxu.az

1Mənbələr