AZ

Britaniya mühbuslarla bağlı bəzi güzəştlərə gedəcək

Britaniya həbsxanalarında yer çatışmazlığından hökumət bəzi addımlar atmaq qərarına gəlib.

Bununla bağlı “Reuters”in yaydığı məlumata görə, hökumət həbsxanalardakı yer çatışmazlığını nəzərə alaraq bəzi məhbusları azad etmək qərarına gəlib. Buna paralel olaraq azadlığa buraxılanlar ciddi nəzarət altında saxlanılacaqlar.

Qeyd edək ki, son 30 ildə Britaniyada məhbusların sayı iki dəfədən çox artıb. Nəticədə həbsxanalarda yer çatışmır və onların saxlanilması hökumətə 500 milyon funtsterlinqə başa gəlir.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
oxumeni.az

1Mənbələr