AZ

“Ulduzlar” Kann Film Festivalının açılışında –VİDEO

77-ci Kann Film Festivalının açılışı olub. Tədbirdə dünya kino ulduzları iştirak ediblər. Qırmızı xalçaya ilk çıxanlardan biri Diordan incə südlü paltar seçən Meril Strip olub.

Aktrisa sonuncu dəfə tədbirə 30 ildən çox əvvəl, “Qaranlıqda ağlama” filmində “Ən Yaxşı Qadın Oyunçu” mükafatını qazananda qatılıb.

Strip bu dəfə fəxri “Qızıl Palma budağı”nı fransız aktrisa Cülyett Binoşun əlindən alıb.

Kann Film Festivalının açılışına alman model Haydi Klum da qatılıb. O, Saiid Kobeisy moda evindən tam ətəkli, qatarlı, dərin dekolteli tünd qırmızı paltar seçib.

Fransız aktrisa Cülyett Binoş da tünd qırmızı paltar seçib. “Dior” moda evinin geyimi 60 yaşlı kino ulduzunun incə bədən quruluşunu vurğulayırdı.

Tamaşaçılara “Muhteşem Yüzyıl” serialındakı Hürrəm Sultan obrazından tanış olan Meryem Üzərli də tədbiri qaçıra bilməyib. Aktrisa muncuqlarla işlənmiş, dərin dekolteli, çoxrəngli, döşəməyə qədər uzanan paltar geyinib.

Kann Film Festivalının açılışında həmçinin Ceyn Fonda, Eva Qrin, Taylor Hill, Lea Seydoux, Frederik Belle, Helena Kristensen və bir çox başqaları iştirak ediblər. Tamaşaçıların “Anatomy of a Fall” filmində gördükləri it Messi də qırmızı xalçaya çıxıb.

Bu il münsiflər heyətinin sədri kinofestivalın açılışında qırmızı xalçada parlayan “Barbie” filminin rejissoru Qreta Gerviq olub. Onunla yanaşı, müsabiqə filmlərini Eva Green, Omar Sy, Pierfrancesco Favino, Lily Gladstone, Hirokazu Kore-eda və Juan Antonio Bayona münsiflər edəcək.

Kann Film Festivalı rejissor Kventin Düpyenin çəkdiyi “İkinci akt” fransız filmi ilə açılıb. Nümayişdə 22 film, o cümlədən Frensis Ford Koppolanın “Meqalopolis”, Kirill Serebrennikovun “Limonov: Eddi balladası” və başqaları iştirak edir.

2024-cü il Kann Film Festivalı mayın 14-dən 25-dək davam edəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
azpost.info

1Mənbələr