AZ

Fariz İsmayılzadə: Hazırda dünyada su qıtlığı ən böyük qlobal problemlərdən biridir

Fariz

Bakı, 16 may, AZƏRTAC

Hazırda bütün dünyada su qıtlığı ən böyük qlobal problemlərdən biri hesab edilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində universitetin prorektoru Fariz İsmayılzadə deyib.

O, iqlimlə bağlı problemlərin həlli yollarını bütün dünyanın birlikdə axtarmalı olduğuna diqqət çəkib: “Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı ölkəmizdə genişmiqiyaslı tədbirlər keçirilir. Əvvəlki COP-lardan fərqli olaraq bu il alimlər iqlim dəyişiklikləri ilə bağlı problemlərin həlli istiqamətində siyasətçilərə yeni ideyalar verəcək və fəal iştirak edəcəklər. Düşünürəm ki, COP29 şəbəkələşmə əlaqələrinin yaradılması üçün geniş imkanlar açacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
2
azertag.az

3Mənbələr